“Zirə”nin qələbəsiz seriyası 10-a çatıb - 99 günə 1 qol
"Zirə"nin Azərbaycan Premyer Liqasındakı qələbəsiz oyunlar seriyası 10-a çatıb.
İdman.biz xəbər verir ki, Rəşad Sadıqovun komandası XXIII turda "Neftçi"yə 0:1 hesabı ilə uduzub.
Qəsəbə klubu sonuncu dəfə ötən il noyabrın 12-də "Qəbələ" ilə ev matçında 1:0 hesablı qələbə qazanıb. Artıq 99 gündür qalib gələ bilməyən Zirənin eyniadlı təmsilçisi bu müddətdə keçirdiyi 10 görüşdə 5 heç-heçə edib və eyni sayda məğlubiyyət alıb. Seriya dövründə qəsəbə klubu cəmi 1 qol vurub.
"Zirə" ötən ilin sonunda "Sumqayıt" (0:0), "Neftçi" (0:1), "Araz-Naxçıvan" (0:0), "Turan Tovuz" (0:1) və "Qarabağ"la (0:1) qarşılaşıb. Bu il isə bakılıların rəqibləri "Səbail" (0:0), "Sabah" (0:1), "Qəbələ" (1:1), "Sumqayıt" (0:0) və "Neftçi" (0:1) olub.
Qeyd edək ki, "Zirə" bu seriya ilə paralel kubokda keçirdiyi bütün matçlarda qələbə qazanıb. Sadıqovun komandası "Turan Tovuz"a 2:1, "Səbail"ə 2:1 və 3:0 hesabı ilə qalib gəlib.