Zirəddinin Azərbaycan proqnozu: Aprel və iyulda zəlzələ gözlənilir
Öncədən verdiyim zəlzələ proqnozu daha çox Orta Asiya ölkələri, o cümlədən Çin, Tayvan, Malaziya, Yaponiya, İndoneziyaya aiddir.
meqale.com xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında kliniki psixoloq, ekstrasens Zirəddin Rzayev deyib.
Ekstrasens bildirib ki, sözügedən ölkələrin qonşularının da təhlükə ilə üzləşmə ehtimalı var:
"Mən Mərkəzi Asiya və Avropa qitəsində yerləşən ölkələri təbii fəlakətlər gözlədiyi haqda proqnoz vermişdim. Buna zəlzələ, qasırğa və daşqınlar daxildir. Elə ən çox da daşqınlar olacaqdır".
O, Azərbaycanla bağlı gözləntilərini də açıqlayıb:
"Azərbaycanda aprel, may, iyun və iyul ayları seysmoloji cəhətdən aktiv aylardır və yeraltı təkanlar baş verə bilər".