Zöhrə Ağamirova Olimpiadaya 10-cu start verəcək

Azərbaycan gimnastlarının Paris-2024 Yay Olimpiya Oyunlarında çıxış ardıcıllığı bəlli olub.

Zöhrə Ağamirova Olimpiadaya 10-cu start verəcək
Azərbaycan gimnastlarının Paris-2024 Yay Olimpiya Oyunlarında çıxış ardıcıllığı bəlli olub.

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, Zöhrə Ağamirova xalça üzərinə 10-cu çıxacaq.

Olimpiadanın bədii gimnastika yarışlarında fərdi çıxışlar avqustun 8-10-da keçiriləcək. Zöhrə Ağamirova ilk olaraq topla çoxnövçülükdə bacarığını nümayiş etdirəcək. Bundan sonra Ağamirova halqa, lent və gürzlərlə çıxışda qüvvəsini sınayacaq.