1 saat gözləsəydi, indi “Qarabağ”da oynayardı
"ML Vitebsk" klubunun və Belarus millisinin müdafiəçisi Zaxar Volkov bildirib ki, bu mövsüm "Qarabağ" klubunda oynamaq imkanı olub.
meqale.com xəbər verir ki, o, bu barədə ölkəsinin mediasına müsahibəsində bildirib.
"ML" ilə müqavilə imzaladım, bir saat sonra agentim zəng etdi. Dedi ki, "Qarabağ"dan zəng vurublar. Cavab verdim ki, artıq razılaşmışam, söz vermişəm. Ona görə də şans yoxdur. Qərarımı dəyişməyəcəyəm," - deyə Volkov bildirib.