11 yaşlı oğlan dostunu baltalayaraq öldürdü

Rusiyada 11 yaşlı oğlan anasını təhqir etdiyinə görə dostunu baltalayaraq öldürüb, cəsədi arabaya qoyub və çaya atıb.

11 yaşlı oğlan dostunu baltalayaraq öldürdü
Rusiyada 11 yaşlı oğlan anasını təhqir etdiyinə görə dostunu baltalayaraq öldürüb, cəsədi arabaya qoyub və çaya atıb.

meqale.com oxuya istinadən xəbər verir ki, hadisə Krasnoyarsk diyarının Açinsk şəhərində baş verib.

Yerli sakin polisə bildirib ki, 12 yaşlı oğlu evə qayıtmayıb. Axtarış təşkil edilib. Daha sonra Mazulka çayında üzərində balta zərbəsi izləri olan oğlan meyiti tapılıb.

Şübhə mərhumun ögey atası və yeniyetmənin bir gün əvvəl baş çəkdiyi 11 yaşlı sinif yoldaşının üzərinə düşüb. Tezliklə itkin düşən oğlanın dostu etiraf edib ki, o, dostunu "anasına qarşı təhqiramiz ifadələr işlətdiyi üçün" öldürüb.