130 min nəfər hərbi xidmətə çağırıldı
Rusiya Müdafiə Nazirliyi hərbi xidmətə payız çağırışının başa çatdığını elan edib.
meqale.com APA-ya istinadən bildirir ki, Rusiya MN payız çağırışı zamanı 130 min nəfərin hərbi xidmətə çağırıldığını açıqlayıb.
Qeyd edək ki, ötən günlərdə Rusiya ordusunda xidmət edən müqaviləli hərbçilərin sayı da açıqlanmışdı. Ukrayna müharibəsi başlayandan bəri ilk dəfə olaraq Rusiya silahlı qüvvələrində müqaviləli hərbçilərin sayını açıqlamışdı. Rusiya MN-nin "Ordu rəqəmlərdə-2023" materialında qeyd olunmuşdu ki, ümumilikdə, 640 mindən çox insan müqavilə əsasında hazırda Rusiya ordusunda xidmət edir.