Oğlu Zaura şərt qoydu: "Etməsən, efirə çıxmayacağam"
Zaur Kamalla oğlu Bartu Kamalın aparıcıları olduqları verilişdə dialoqları diqqət çəkib.
meqale.com xəbər verir ki, oğul atasının qarşısına şərt qoyub.
Tele-aparıcının oğlu ad günü hədiyyəsi olaraq avtomobil istəyib. Bu, olmayacağı təqdirdə isə efirdən gedəcəyini söyləyib:
"Səninlə bir mövsüm işlədim, əziyyət çəkdim. Tamaşaçıların sevgisi ilə reytinq qazandıq. Bu mövsüm mənə avtomobil almasan, səninlə birgə işləməyəcəyəm. Ad günümə kimi maşın olmasa, verilişdən gedəcəyəm. Martın 9-da ad günümdür. Birinci gün elə səhnəni tərk edəcəyəm".
Zaur Kamal isə vəziyyətdən çıxış yolu axtararaq, sadəcə "baxarıq" cavabını verib.