15 İyul Şəhidləri Körpüsündə hərəkət bərpa edildi - Saxlanılan var - FOTO
İstanbulun məşhur 15 İyul Şəhidləri Körpüsü hər iki istiqamətdə nəqliyyatın hərəkətinə bağlanılıb.
meqale.com qafqazinfo.az-a istinadən xəbər verir ki, bu haqda "TRT haber" məlumat yayıb.
Bildirilib ki, körpüdə şübhəli maşın var və hərəkət bu səbəbdən dayandırılıb.
Hadisə yerinə çoxlu sayda polis göndərilib.
***
Ölkənin Daxili işlər naziri Ali Yerlikaya şübhəli nəqliyyat vasitəsini idarə edən şəxsin nəzarətə alındığını bildirib.
Qeyd olunub ki, onun barəsində araşdırma aparılır. Bundan sonra isə körpüdə hərəkət bərpa edilib.