15 milyona görə Messinin bu halı MÜZAKİRƏ YARATDI - VİDEO
Xəbər verdiyimiz kimi, dünya futbolunun canlı əfsanəsi Lionel Messi Hindistana səfər edib.
meqale.com xəbər verir ki, onun Hindistan səfərindən görüntülər hələ də sosial şəbəkələrdə müzakirə mövzusudur.
Hindistanlı milyarder iş adamı Mukeş Ambaninin oğlu Anant Ambani Hindistana səfər edən dünya şöhrətli argentinalı futbolçu Lionel Messi ilə birlikdə müxtəlif ritual və mərasimlərdə iştirak edib.
Yayılan məlumatlara əsasən, Leonun bu səfəri üçün ona 15 milyon dollar məbləğində ödəniş edildiyi iddia olunur. Sözügedən iddialar və mərasimlərdən yayılan görüntülər qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Hadisə həm idman ictimaiyyətinin, həm də geniş auditoriyanın diqqətini cəlb edib.
Xatırladaq ki, Anant Ambani ötən il 600 milyon dollar dəyərindəki dəbdəbəli toyu ilə dünya mediasının gündəminə gəlmişdi. Onun atası Mukeş Ambani isə 108 milyard ABŞ dolları həcmində sərvəti ilə Asiyanın ən varlı, dünyanın isə 13-cü ən zəngin insanı hesab olunur.