"150 min manat istədim, dedim ki, maşınımın kreditini bağlayım"

Müğənni Aysun İsmayılova açıqlaması ilə diqqət çəkib.

Müğənni Aysun İsmayılova açıqlaması ilə diqqət çəkib.

meqale.com xəbər verir ki, sənətçi qızının reklam siması olması üçün təklif olunan qonorarla bağlı maraqlı detallar paylaşıb.

Aysun İsmayılova bildirib ki, qızının üzünü hələ ictimaiyyətə tam şəkildə göstərmədiyi dövrdə bir neçə şirkətdən reklam təklifləri alıb.

O, qızının reklam siması olması üçün tələb etdiyi qonorar barədə danışıb:

"Qızımın hələ üzünü göstərməmişdim. Buna baxmayaraq, bir neçə şirkət reklamla bağlı təkliflər etmişdi. 1 illik müqavilə üçün 90 min manat təklif etdilər. Mən isə bir az daha yüksək məbləğ istədim - 150 min manat. Dedilər ki, il ərzində çəkilişlər olacaq, hər yerə gələcəksiniz, bütün tədbirlərimizdə iştirak edəcəksiniz, sosial şəbəkələrdə paylaşımlar ediləcək. Yəni tələblər heç 90 minlik reklamdan da çox idi.

Dedim, 150 min manat olsun ki, maşınımın kreditini bağlayım (gülür)".

Müğənninin bu etirafı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.