Süni intellekt öz istifadəçilərini "yeməyə" başlayıb: Rəqəmsal dünyanın yeni təhlükəsi

Süni intellekt texnologiyaları həyatımızı asanlaşdıran bir vasitə kimi təqdim edilsə də, hazırda rəqəmsal ekosistemin təməllərini sarsıdan bir mərhələyə qədəm qoyub.

Süni intellekt öz istifadəçilərini
Süni intellekt texnologiyaları həyatımızı asanlaşdıran bir vasitə kimi təqdim edilsə də, hazırda rəqəmsal ekosistemin təməllərini sarsıdan bir mərhələyə qədəm qoyub.

meqale.com xəbər verir ki, süni intellekt artıq sadəcə məlumat istehsal etmir, həm də həmin məlumatın əsl sahiblərini - yəni insanları və onların yaratdığı məzmunları sıradan çıxarır.

Süni intellektin Hannibalizm dövrü Süni intellekt sistemləri internetdəki insan tərəfindən yaradılmış məlumatlarla qidalanaraq inkişaf edir. Lakin süni intellekt tərəfindən istehsal olunan məzmunlar interneti sürətlə doldurduqca, sistemlər artıq bir-birinin istehsal etdiyi "süni" məlumatlarla qidalanmağa başlayır. Bu da məlumatın keyfiyyətinin itməsinə və sistemin öz-özünü məhv etməsinə (rəqəmsal hannibalizmə) yol açır.

İstifadəçilər üçün yaranan əsas risklər Yazıçılar, jurnalistlər və dizaynerlər öz işlərini süni intellektə "öyrətdikdən" sonra, sistem artıq onlara ehtiyac duymur və həmin şəxslərin gəlir mənbələrini əlindən alır.

İnternet süni intellekt tərəfindən yaradılmış saxta və ya təkrar məlumatlarla dolur. Bu, doğru və orijinal məlumatı tapmağı getdikcə çətinləşdirir.