"16 nəfərin vəziyyəti son dərəcə ağırdır"
Rusiyanın Moskva vilayətindəki "Crocus City Hall"da baş vermiş terror aktı nəticəsində yaralananlardan 16 nəfərin durumu son dərəcə ağırdır.
meqale.com report-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Səhiyyə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, onlardan 1-i uşaqdır.
Həmçinin xəsarət alanlardan 44-nün, o cümlədən 2 uşağın vəziyyəti ağırdır.
Hazırda ümumilikdə 107 nəfər xəstəxanalardadır.
İlkin hesablamalara görə, 32 zərərçəkənə ambulator şəraitdə tibbi yardım göstərilib.