16 yaşlı idmançı qız itkin düşdü
Rusiyalı fiqurlu konkisürən Alina Qorbaçova yoxa çıxıb.
meqale.com APA-ya istinadən bildirir ki, bu barədə TASS-a 16 yaşlı idmançının anası Yekaterina Qorbaçova bildirib.
O bildirib ki, artıq bu barədə bu müvafiq qurumlara məlumat verilib, qızının axtarışları aparılır.
"Baza" "Telegram" kanalı isə idmançının dünən məşqçi Sofiya Fedçenko ilə mübahisə etdiyini, bundan sonra idman zalını tərk etdiyini yazıb.
Bu gün isə onun əşyaları tapılıb.