17 nəfər şaurmadan ZƏHƏRLƏNDİ

Rusiyanın Vladimir şəhərində iaşə məntəqələrinə gələn 17 nəfər şaurmadan zəhərlənib.

17 nəfər şaurmadan ZƏHƏRLƏNDİ
Rusiyanın Vladimir şəhərində iaşə məntəqələrinə gələn 17 nəfər şaurmadan zəhərlənib.

meqale.com report-a istinadən xəbər verir ki, bu barədə "Rospotrebnadzor"un Vladimir vilayəti üzrə departamenti məlumat yayıb.

Belə ki, 17 nəfərdə kəskin bağırsaq infeksiyası faktı ilə bağlı sanitar-epidemioloji araşdırmaya başlanılıb.

Qurum mütəxəssisləri nümunələr götürmək və əlavə laboratoriya müayinələri aparmaq üçün iaşə obyektlərinə gediblər.

Zəhərlənmə faktları ilə bağlı Vladimir vilayətinin prokurorluğu digər iaşə obyektlərində də yoxlamalar təşkil edib.