17 yaşlı qızı 36 yaşlı kişiyə ərə vermək istədilər

Ordubad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən erkən nikahın qarşısı alınıb.

17 yaşlı qızı 36 yaşlı kişiyə ərə vermək istədilər
Ordubad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən erkən nikahın qarşısı alınıb.

meqale.com xəbər verir ki, rayonun Tivi kəndində 36 yaşlı şəxslə 17 yaşlı qız arasında planlaşdırılan nişan mərasimi barədə daxil olan məlumat araşdırılıb və müvafiq tədbirlər görülüb.

Erkən nikahın qarşısının alınması məqsədilə tərəflərlə profilaktik söhbətlər aparılıb, qanunvericiliyin tələbləri bir daha izah edilib.