İranın paytaxtı Tehrandan köçür? - Pezeşkian açıqladı

İran prezidenti Məsud Pezeşkiyan paytaxt Tehranın köçürülməsi ideyasını yenidən gündəmə gətirib

İranın paytaxtı Tehrandan köçür? - Pezeşkian açıqladı
İran prezidenti Məsud Pezeşkiyan paytaxt Tehranın köçürülməsi ideyasını yenidən gündəmə gətirib

meqale.com xəbər verir ki, bu barədə Fars xəbər agentliyinin məlumatında deyilir.

Məlumata görə, prezidentin bu istəyi şəhərin əhalisinin həddindən artıq olması və su çatışmazlığı ilə əlaqədardır.

Pezeşkian bildirib ki, şəhər əhalisi artmağa davam edərsə, su ehtiyatları bütün sakinləri təmin etmək üçün kifayət etməyəcək.

"Reallıq budur ki, başqa seçimimiz yoxdur. Köçürülmə bir zərurətdir. Bu bölgəni daha çox əhali və tikinti ilə doldura bilmərik. İnkişaf edə bilərik, amma su problemini həll edə bilmərik" .

Qeyd edək ki, yanvarda hökumət sözçüsü Fatemeh Mohacirani Makran bölgəsinin - ölkənin cənub sahilində yerləşən, hələ tam inkişaf etməmiş ərazinin - mümkün yeni paytaxt kimi araşdırıldığını bildirmişdi. Bu təklif də müxtəlif tənqidlərə səbəb olub.