Azadlığa çıxan Rəqsanədən ilk PAYLAŞIM - FOTO
Müğənni Rəqsanə İsmayılova həbsdən sonra "Instagram"da ilk paylaşımını edib.
meqale.com xəbər verir ki, o, azadlığa çıxma anlarına aid görüntüləri və ona göndərilən təbrikləri hekayə bölməsində yerləşdirib. Rəqsanə həmçinin sənət dostlarının paylaşdıqları dəstək mesajlarını da öz "story"sində paylaşıb.
Sənət yoldaşları müğənniyə hər zaman övladlarının yanında olmağı arzulayıblar.
Qeyd edək ki, Rəqsanə İsmayılova 2 gün əvvəl ev dustaqlığına buraxılıb.