17 yaşlı rusiyalı idmançı Azərbaycan yığmasında çıxış edəcək

Növbəti mövsümdən Azərbaycan yığmasını rusiyalı fiqurlu konkisürən Veronika Jilina təmsil edəcək.

17 yaşlı rusiyalı idmançı Azərbaycan yığmasında çıxış edəcək
Növbəti mövsümdən Azərbaycan yığmasını rusiyalı fiqurlu konkisürən Veronika Jilina təmsil edəcək.

meqale.com publika.az-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Veronika Jilina gələn mövsüm Azərbaycan milli komandasına keçəcək", - vəziyyətlə tanış olan mənbə TASS-a bildirib.

Jilinanın 17 yaşı var və Yevgeni Pluşenkonun yetirməsidir.

Jilina yeniyetmələr arasında 2023-cü il Rusiya çempionatının gümüş mükafatçısı və 2023-cü ildə yeniyetmələr arasında Qran Pri finalının qalibidir.