“Araz-Naxçıvan”dan qələbə, “Zirə” - “Turan Tovuz” matçında heç-heçə
Misli Premyer Liqasında "Zəfər turu" davam edir.
meqale.com xəbər verir ki, bu tur Vətən Müharibəsindəki qələbəmizin 5-ci ildönümünə görə "Zəfər turu" adlandırılıb. Bütün oyunlar isə rəmzi olaraq hər saatın 44-cü dəqiqəsində başlanılıb.
Bu günə 11-ci turun daha iki matç nəzərdə tutulub.
Əvvəlcə "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı sınağa çəkib. Naxçıvan klubu rəqibini Sumqayıtda qəbul edib. Qarşılaşma 2:1 hesabı ilə "Araz-Naxçıvan"ın xeyrinə yekunlaşıb.
Günün digər matçında isə "Zirə" "Turan Tovuz"u qəbul edib. Qarşılaşma 0:0 hesablı heç-heçə ilə yekunlaşıb. Hazırda paytaxt təmsilçisi 20 xalla 4-cü pillədə qərarlaşıb. Tovuz klubu isə 22 xalla çempionatın lideridir.
8 noyabr (şənbə)
18:44. "Zirə" - "Turan Tovuz" 0:0 Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev VAR: İnqilab Məmmədov AVAR: Zöhrab Abbasov Zirə İK stadionu
15:44. "Araz-Naxçıvan" - "Karvan-Yevlax" - 2:1
Qol: Araz Abdullayev, 17 (1:0), Hamidu Keyta, 65 (1:1), Felipe Santos, 90+2-pen. (2:1) Hakimlər: Nicat İsmayıllı, Vüsal Məmmədov, Kərim Zeynalov, Kamran Əliyev VAR: Əli Əliyev AVAR: Şirmamed Mamedov M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu
9 noyabr (bazar)
15:44. "Kəpəz" - "Sabah"
18:44. "Qarabağ" - "Neftçi"
7 noyabr (cümə)
"Şamaxı" - "İmişli" - 1:0
"Qəbələ" - "Sumqayıt" - 0:2
Bombardirlər:
Ba-Muaka Simakala ("Araz-Naxçıvan") - 6 qol
Coy-Lens Mikels ("Sabah") - 5 qol
Bassala Sambu ("Neftçi") - 4 qol