18 saniyəyə iki dəfə sürətə görə CƏRİMƏLƏNDİ
Moskvada "Volkswagen Touareg"in sürücüsü 18 saniyə fərqlə iki dəfə sürət həddinə görə cərimələnib.
meqale.com lente istinadən bildirir ki, sürücünün şikayətinə cavab olaraq yol polisi izah edib ki, hər bir qayda pozuntusuna görə ayrıca cəza təyin olunur, kameralar isə qaydalara uyğun quraşdırılır.
Qaydalara əsasən, kamera ilk pozuntunu iyulun 23-də saat 8:8:29-da Entuziastov şossesi, 38-də qeydə alıb. Növbəti fiksasiya isə 18 saniyə sonra qonşu evin ərazisində (saat 8:8:47-də) baş verib. Hər iki halda sürücü sürət həddi 60 km/saat olduğu halda 82 km/saat sürətlə hərəkət edib. Belə ki, sürücü hər biri 500 rubl (təxminən 8 manat 80 qəpik) olmaqla iki cərimə alıb.
Yol polisi izah edib ki, foto və videoçəkiliş kompleksləri QOST R 57145-2016 tələblərinə uyğun, eləcə də "Təhlükəsiz yüksək keyfiyyətli yollar" milli layihəsi üzrə layihə komitəsinin iclasında təsdiq edilmiş metodologiyaya uyğun yerləşdirilib.