19 yaşlı 3 uşaq anası xərçəngdən öldü - VİDEO
Gürcüstanda baş verən kədərli hadisə sosial şəbəkələrdə yayılıb.
meqale.com xəbər verir ki, paylaşılan məlumatlara görə, 19 yaşlı gənc qadın xərçəng xəstəliyinə qarşı apardığı mübarizəni uduzaraq dünyasını dəyişib.
Mərhumun üç azyaşlı övladı var. Onun erkən yaşda vəfatı izləyicilər arasında dərin kədər hissi yaradıb.
Sosial mediada yayılan paylaşımlarda istifadəçilər gənc ananın ailəsinə başsağlığı diləkləri göndərib, uşaqlarının gələcəyi ilə bağlı narahatlıqlarını ifadə ediblər.