20 sığorta vasitəçisinin lisenziyası dayandırıldı

Azərbaycan Mərkəzi Bankı (AMB) 20 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyalarının qüvvəsini 3 ay müddətinə dayandırıb.

Bu barədə meqale.com-a qurumdan bildirilib.

Məlumata görə, bu qərar dekabrın 6-da "Sığorta fəaliyyəti haqqında" qanuna uyğun olaraq qəbul edilib. Lisenziyaların qüvvəsi müvafiq hesabat təqdim edilmədiyi üçün dayandırılıb.