2023-cü ildə Türkiyənin zərərsizləşdirdiyi terrorçuların sayı açıqlandı

Ötən il zərərsizləşdirilən terrorçu sayı isə 2237-ə çatıb.

2023-cü ildə Türkiyənin zərərsizləşdirdiyi terrorçuların sayı açıqlandı
Ötən il zərərsizləşdirilən terrorçu sayı isə 2237-ə çatıb.

meqale.com-ın TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin həftəlik hesabatında bildirilib.

Məlumata əsasən, ötən il "Pəncə-Kilid" əməliyyatlarının keçirildiyi bölgədə 717 terrorçu zərərsizləşdirilib.

Son bir həftədə əməliyyat bölgələrinə terrorçular tərəfindən 30 hücum atəşi açılıb. Cavab əməliyyatlarında 27 terrorçu zərərsizləşdirilib.

Ötən il yanvarın 1-dən terrorçular tərəfindən Türk əsgərlərinə qarşı 526 təxribat törədilib ki, bunlara verilən cavablar nəticəsində zərərsizləşdirilən terrorçu sayı 1529 olub.