2023-də ABŞ-ın Ukraynaya etdiyi yardımın həcmi...

Bu il ərzində ABŞ Ukraynaya ümumi dəyəri 24 milyard dollardan çox olan 34 hərbi yardım paketi göndərib.

2023-də ABŞ-ın Ukraynaya etdiyi yardımın həcmi...
Bu il ərzində ABŞ Ukraynaya ümumi dəyəri 24 milyard dollardan çox olan 34 hərbi yardım paketi göndərib.

meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski X şəbəkəsində yazıb.

O bildirib ki, yardım paketlərinə ATACMS, DPİCM, HHM, raketlər, artilleriya mərmiləri, minatəmizləmə vasitələri və digər kritik əhəmiyyətli vasitələr daxildir.

Zelenski xatırladıb ki, geridə buraxdığımız il ərzində Ukraynaya F-16 qırıcılarının verilməsi ilə bağlı tarixi qərar qəbul olunub.

Dövlət başçısı dünən açıqlanan 250 milyon dollarlıq hərbi yardım paketinə görə Prezident Co Baydenə, Konqresə və Amerika xalqına təşəkkür edib.