Övladlığa götürdüyü uşağa qan donduran hərəkətlər etdi
Rusiyanın Tomsk vilayətinin Molçanovo kəndində himayədar ailədən olan altı yaşlı uşaq döyülərək ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
meqale.com oxuya istinadən xəbər verir ki, hadisə avqustun 30-da baş verib, altı yaşlı qız çoxsaylı döyülmələrlə ağır vəziyyətdə yerli xəstəxanaya yerləşdirilib. İstintaqın məlumatına görə, zərərçəkmiş himayədar ailədə böyüyüb. Uşağın döyülməsində qadın qəyyum şübhəli bilinir.
Məlumdur ki, ailədə yeddi azyaşlı - qəyyumun iki doğma övladı və beş övladlığa götürülmüş uşaq böyüyüb.
"Bu qadın onun qollarını qatlayıb, boynunu fırladırdı, hətta onun belini əyib bütün ağırlığını ona söykəyirdi. O, bunu masaj adlandırırdı", - deyə zərərçəkmiş qızın övladlığa götürülən böyük qardaşı bildirib.
O, həmçinin əlavə edib ki, övladlığa götürən ana uşaqların hamısını amansızcasına cəzalandırıb, soyuq duşun altına salıb, kəmərlə döyüb, yeməksiz qoyub.