2024-cü ilin dövlət büdcəsinə dəyişiklik ediləcək

Prinsip etibari ilə hamı maraqlıdır ki, xərclərin ümumi daxili məhsulda çəkisi artırılsın. Bu gün 2023-cü ilin nəticələrinə baxsaq, söhbət 30 faizdən gedir, yəni 30 faizdən bir qədər də yuxarı. Amma bu dövlət büdcəsidir. İcmal büdcəni biz götürsək, daha yüksəkdir, nisbət 34,5 faizdir haradasa.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

O qeyd edib ki, artıq Prezident tərəfindən Milli Məclisə 2024-cü ilin dövlət büdcəsinin yenidən baxılması ilə bağlı qanun layihəsi göndərilib.