2050-ci ilə qədər bu insanların 50 faizdən çoxu kökələcək
2050-ci ilə qədər dünyada yaşayan yetkin insanların yarıdan çoxu, uşaqların, yeniyetmələrin üçdə biri artıq çəkidən və ya piylənmədən əziyyət çəkəcək.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə elmi məqalə "Lancet Journal" dərgisində nəşr olunub.
Araşdırma ümumilikdə dünyanın 200-dən çox ölkəsini əhatə edib. Alimlər kökəlmə prosesinin əsasən aşağı-gəlirli ölkələrdə getdiyini iddia edir.
2021-ci ilə qədər dünyada yaşı 25-dən çox olan bir milyarda yaxın kişi və 1.11 milyard qadın artıq çəki və piylənmədən əziyyət çəkib.
1990-cı ildən bəri bu göstərici iki dəfə artıb. Bu trend, davam edəcəyi təqdirdə, proqnozlara əsasən artıq çəkili və kök yetkin insanların statistikası kişilər üçün 57.4 faizə, qadınlar üçün 60.3 faizə qədər yüksələ bilər (2050-ci ilə qədər).