2050-ci illə bağlı qorxunc proqnoz - 50% artacaq...
Alimlər 2050-ci ilə qədər insultdan ölənlərin sayının 50% artacağını proqnozlaşdırıblar.
meqale.com baku.ws-ə istinadən bildirir ki, bu proqnoza görə insult hər il təxminən 9,7 milyon insanın ölümünə səbəb ola bilər.
"Lancet Neurology"də dərc olunan məqalələrində mütəxəssislərin bir qrupu bu proqnozla çıxış ediblər.
Alimlər qeyd edirlər ki, aşağı və orta gəlirli ölkələrin sakinlərində insultdan ölüm halları çoxalacaq. "İnsulta qarşı əməkdaşlıq qrupu" kimi çıxış edən onlarla alim məruzələrində insultun "böyük" qlobal yük olaraq qalacağını proqnozlaşdırır və dünyada bu xəstəliyin tezliyini azaldacaq "praqmatik həllər" hazırlamağa çağırırlar.
Bu gün insult dünyada ölümün əsas səbəbləri siyahısında ikinci yerdədir. Hər il milyonlarla insanın əlilliyinə, demansına və digər sağlamlıq problemlərinə səbəb olur.