21 il sonra yenidən "Avroviziya" səhnəsində - VİDEO

Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Sertab Erener 21 ildən sonra yenidən "Avroviziya" səhnəsində çıxış edib.

21 il sonra yenidən
Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Sertab Erener 21 ildən sonra yenidən "Avroviziya" səhnəsində çıxış edib.

meqale.com bildirir ki, axşam.az-ın məlumatına görə, ifaçı ötən gün yarışmanın ikinci yarımfinalda qonaq qismində səhnə alıb.

O, 2003-cü ildə sözügedən yarışmada ölkəsinə ilk birinciliyi qazandıran "Everyway That I Can" mahnısını fərqli versiyada ifa edib.

Xatırladaq ki, Türkiyə sonuncu dəfə "Avroviziya"da 2012-ci ildə Azərbaycanda keçirilərkən iştirak edib.

Qeyd edək ki, ölkəmizi yarışmada Fahree və İlkin Dövlətöv "Özünlə apar" mahnısı ilə təmsil ediblər. Onlar finala vəsiqə qazana bilməyib.

Müsabiqənin finalı mayın 11-də keçiriləcək. Son mərhələyə birbaşa vəsiqə qazanan ölkələr İsveç, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və İspaniyadır.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun