25 yaşlı bloqçu qəfil öldü - FOTO
2 aydır sosial şəbəkələrdən uzaq düşən tanınmış bloqçunun öldüyü məlum olub.
meqale.com the sun-a istinadla bildirir ki, 25 yaşlı braziliyalı influenser Juliana Rocha müəmmalı şəkildə ölüb.
Onun ölümünü təsdiqləyən valideynləri hadisənin təfərrüatları barədə hər hansı məlumat qeyd etməyib.
Qeyd edək ki, Juliananın 200 mindən çox izləyicisi olub, onun tiktok videoları 2 milyona yaxın baxış yığıb. O, daha çox makiyajla bağlı paylaşımları ilə diqqət mərkəzində olub.