26 yaşlı idmançı faciəvi şəkildə öldü - FOTO

İsveçrəli snoubordçu Sofi Hediger qar uçqununda dünyasını dəyişib.

26 yaşlı idmançı faciəvi şəkildə öldü - FOTO
İsveçrəli snoubordçu Sofi Hediger qar uçqununda dünyasını dəyişib.

meqale.com xəbər verir ki, faciə ilə bağlı məlumatı İsveçrə Xizək Federasiyasının mətbuat xidməti yayıb.

Hadisə dekabrın 23-də İsveçrənin Aroza şəhərində baş verib.

26 yaşlı idmançı 2008-ci il Pekin Olimpiadasında iştirak etmiş və 2023-cü il Qış Universiadasında snoubordun kross növündə qızıl medal qazanmışdı.

Xatırladaq ki, bir müddət öncə Türkiyənin Ərzurum şəhərində qar uçqunu nəticəsində 16 yaşlı cüdoçu da həyatını itirmişdi.