“28 May”da bədbəxt hadisə - “Bakubus”un avtobusu qadını vurdu
Sentyabrın 16-da saat 17 radələrində metronun "28 May" stansiyasının qarşısındakı nəqliyyatı mübadilə mərkəzində bədbəxt hadisə baş verib.
meqale.com xəbər verir ki, "Bakubus" MMC-yə məxsus avtobus ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılmış zolağa qəfil çıxan qadını vurub.
Ağır xəsarət alan qadın xəstəxanaya aparılıb. Məlum olub ki, xəsarət alan şəxs 1976-cı il təvəllüdlü Ləman Qarayevadır.
Faktla bağlı araşdırma aparılır./"Qafqazinfo"