“28 May” stansiyasının yaxınlığında hadisə: xəsarət alan var
Bakının Nəsimi rayonunda 37 yaşlı qadın yol qəzasında xəsarət alıb.
meqale.com report.az-a istinadən xəbər verir ki, hadisə metronun "28 May" stansiyasının yaxınlığında qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü Kərimova Şəhanə Məhərrəm qızı yolu keçərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.