280-dən çox uşaq öldü - Dənizdə

Son altı ayda ən azı 289 miqrant uşaq Aralıq dənizi vasitəsilə Avropaya keçməyə cəhd edərkən həlak olub.

280-dən çox uşaq öldü - Dənizdə
Son altı ayda ən azı 289 miqrant uşaq Aralıq dənizi vasitəsilə Avropaya keçməyə cəhd edərkən həlak olub.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə UNICEF məlumat yayıb.

Qeyd edilir ki, ölən uşaqların real sayı bundan da çox ola bilər.

"Dənizdə insanların həyatını xilas etmək üçün səyləri gücləndirərkən uşaqların sığınacaqlara daxil olması üçün təhlükəsiz və qanuni yolların yaradılması üçün daha çox iş görülməlidir", - deyə UNICEF-in icraçı direktoru Ketrin Rassel deyib.

Onun sözlərinə görə, bu problemi həll etmək üçün valideynləri övladlarının həyatını riskə atmağa məcbur edən əsas səbəblər aradan qaldırılmalıdır.