3 uşaq anası ərini yatdığı yerdə öldürdü - Təfərrüat - FOTO
Sakaryada psixoloji müalicə alan 3 uşaq anası yatmış ərini bıçaqlayaraq öldürüb.
meqale.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, gecə saatlarında Taraklı mahalının Duman Məhəlləsində psixoloji müalicə aldığı iddia edilən E.B. adlı üç uşaq anası əri Eyüp Bostanı yatarkən bıçaqlayıb.
Vəziyyətlə bağlı məlumat alan jandarma qrupları bölgəyə sövq edilib.Aparılan yoxlamalar zamanı Eyüp Bostanın həyatını itirdiyi müəyyən edilib.
Qadın nəzarətə götürülüb.
Məsələ ilə bağlı genişmiqyaslı araşdırmalara başlanılıb.
Fidan meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun