30 yaşında aparat rəhbəri olan polkovnik kimdir – DOSYE
Xəbər verdiyimiz kimi, ötən gün Dövlət Gömrük Komitəsinin (DGK) aparat rəhbəri vəzifəsinə yeni təyinat olub.
Bununla bağlı komitə sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb.
Əmrə əsasən, gömrük xidməti polkovnik-leytenantı Kənan Elmar oğlu Əsədov DGK-nin aparat rəhbəri təyin edilib.
meqale.com "Xəbərsiz"-ə istinadən xəbər verir ki, 30 yaşlı aparat rəhbərinin dosyesini təqdim edir:
Kənan Elmar oğlu Əsədov 1996-cı ildə Bakıda anadan olub.
2013-cü ildə orta məktəbi qızıl medal ilə bitirərək, Bakı Dövlət Universitetinin Beynəlxalq Əlaqələr fakultəsinə qəbul olub. 2014-cü ildən Birləşmiş Krallığın Edinburq Universitetində Maliyyə və Mühasibatlıq ixtisası üzrə bakalavr və magistr dərəcəsini fərqlənmə ilə bitirib. 2015, 2016, 2017 ci illərdə müvafiq olaraq Ernst&Young, Deloitte&Touche, İnvestaz şirkətlərində işləyib.
2019 - cu ilin iyul ayından Dövlət Gömrük Komitəsi Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin, Audit idarəsinin inspektoru vəzifəsində fəaliyyətə başlayıb.
2020-ilin noyabr ayında Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin, Risklərin idarəolunması idarəsinə inspektor vəzifəsinə təyin olunub. 2022-ci ilin yanvar ayında həmin İdarənin rəis müavini vəzifəsinə təyin edilib.
2023-cü ilin mart ayında Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin, Risklərin idarəolunması idarəsinə rəis təyin olunub.
2023-ci ilin oktyabr ayında Dövlət Gömrük Komitəsi Aparat rəhbərinin müavini vəzifəsinə təyin olunub.
2025-ci ilin dekabr ayından Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmri ilə Aparat rəhbəri vəzifəsinə təyin edilib.