Elşad Miraləmə yeni vəzifə verildi
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparatına yeni rəhbər təyinatı olub.
meqale.coma xəbər verir ki, bu vəzifəyə Elşad Mircavad oğlu Miraləm təyin edilib.
İxtisasca jurnalist olan Elşad Miraləm 2005-2018-ci illərdə Diasporla İş üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə çalışıb. 2024-cü ildən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində fəaliyyətə başlayan E.Miraləm sədrin köməkçisi, Aparat rəhbərinin müavini vəzifələrini tutub.
Məlumat üçün bildirək ki, Aparatın keçmiş rəhbəri Nəriman Qurbanov 24 oktyabr 2025-ci il tarixində vəfat etdiyindən bu vəzifəyə yeni təyinat gözlənilirdi. /Modern.az