31 yaşlı kişi qonaq getdiyi evdə öldü

Sumqayıtda 31 yaşlı kişi qonaq getdiyi evdə ölüb.

31 yaşlı kişi qonaq getdiyi evdə öldü
Sumqayıtda 31 yaşlı kişi qonaq getdiyi evdə ölüb.

meqale.com APA-ya istinadən bildirir ki, hadisə bu gün "Xəzər bağları" yaşayış massivində baş verib.

1992-ci il təvəllüdlü Eldəniz Arif oğlu Musayev bu gün bacısıgilə qonaq gedib və orada qəfil halı pisləşərək ölüb.

Ölümün səbəbləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır.