35 yaşlı futbolçu evində ölü tapıldı

Milli Futbol Liqasının (NFL) keçmiş oyunçusu Vontey Devis 35 yaşında vəfat edib.

35 yaşlı futbolçu evində ölü tapıldı
Milli Futbol Liqasının (NFL) keçmiş oyunçusu Vontey Devis 35 yaşında vəfat edib.

meqale.com publika.az-a istinadən xəbər verir ki, bu barədə "Sportsnet" məlumat yayıb.

"İndianapolis Kolts"un sabiq üzvünün cəsədi bazar ertəsi Floridadakı evində tapılıb. Polisin hesabatında idmançının cəsədində zorakılıq nəticəsində ölüm əlamətlərinin olmadığı qeyd edilib. Bununla belə, hüquq-mühafizə orqanları hadisənin başvermə səbəbini araşdırmağa davam edir.

Qeyd edək ki, Devis NFL-də 121 oyun keçirib. O, 2018-ci ildə karyerasını başa vurub.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun