36 şəhərdə Navalnıya görə 401 nəfər saxlanıldı

Rusiya şəhərlərində müxalifət lideri Aleksey Navalnının xatirəsinə keçirilən aksiyalarda 401 adam saxlanılıb.

36 şəhərdə Navalnıya görə 401 nəfər saxlanıldı
Rusiya şəhərlərində müxalifət lideri Aleksey Navalnının xatirəsinə keçirilən aksiyalarda 401 adam saxlanılıb.

meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə "OVD-İnfo" layihəsinin əməkdaşı Dmitri Anisimov deyib.

"Ən çox məhbus Sankt-Peterburqdadır: təqribən 130 nəfər. Dünən orada xüsusilə sərt həbslər aparılıb. Hüquqşünaslar uzun müddət bəzi polis idarələrinə buraxılmayıb. Bundan əlavə, Sankt-Peterburqda polis dəyənəklərdən və səs qumbaralarından istifadə edir, baxmayaraq ki, saxlanılanlar müqavimət göstərmirlər", - Anisimov əlavə edib.

O qeyd edib ki, insanlar əsasən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaqda ittiham olunurlar.

Hazırda Rusiyanın 36 şəhərində həbslər məlumdur. Sankt-Peterburqla yanaşı, Moskva və Nijni Novqorodda da insanlar kütləvi şəkildə saxlanılıb.

Qeyd edək ki, fevralın 16-da rusiyalı müxalif lider, 47 yaşlı Aleksey Navalnı Yamalo-Nenets Muxtar Dairəsindəki 3 saylı cəzaçəkmə müəssisəsində ölüb. Onun ölüm səbəbi araşdırılır.