Tonoyan 44 günlük müharibədə erməni əsgərlərin fərariliyini etiraf etdi
Ermənistanın sabiq müdafiə naziri David Tonoyan 44 günlük müharibə vaxtı orduda baş verən fərarilik hallarını açıqlayıb.
meqale.com Trend-ə istinadən xəbər verir ki, o, bu barədə 44 günlük müharibəni araşdıran komissiyanın Ermənistan parlamentində bu gün keçirilən iclasında izahat verərkən deyib.
"Baş verən bu cür hadisələrin səbəbləri qorxu və səfərbərlik zamanı çatışmazlıqlar olub, çünki kifayət qədər ağır şəraitdə hərəkət etmək məcburiyyəti olub", - deyə o bildirib.
Xatırladaq ki, David Tonoyan İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın müdafiə naziri olub.