4 böyrəkli uşaq doğuldu - FOTO

Mənim qızım nadir və unikaldır

4 böyrəkli uşaq doğuldu - FOTO
Mənim qızım nadir və unikaldır

meqale.com bildirir ki, bu sözləri Isis adlı qızın valideyni söyləyib. O, 4 böyrəklə doğulduğu üçün qızını unikal hesab edir.

21 yaşlı Thalia Silva Alves qadının dediyinə görə hamilə olarkən ona övladının böyrəyində problem olduğu deyilib. Körpə erkən doğulub və məlum olub ki, onun 4 böyrəyi var. Körpənin artıq orqanları5 ay sonra əməliyyatla götürülüb.

Hazırda 1 yaş 1 aylıq olan braziliyalı körpənin vəziyyəti normaldır.