4-cü kurs tələbəsinin meyiti tapıldı - FOTO
Günlərdir axtarışda olan qızın öldüyü məlum olub.
meqale.com Türkiyə mətbuatına istinadla bildirir ki, İzmirin Urla qəsəbəsindəki evlərdən birində gənc qız meyiti tapılıb.
Meyitin itkin düşən Gökçe Bebeciyə aid olduğu üzə çıxıb. 4-cü kurs tələbəsinin ölüm səbəbi bilinmir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.