44 günlük savaş Tehranı buna məcbur etdi - Beqlaryan
44 günlük müharibədən sonra Ermənistan-İran münasibətləri keyfiyyətcə dəyişib. Tehran üçün Ermənistanın İranla əlaqələrin gələcəyini necə gördüyünü, regional təhlükəsizlik məsələlərində İranın rolunu necə qəbul etdiyini bilmək son dərəcə vacibdir.
meqale.com axar.az-a istinadən bildirir ki, bunu İran parlamentinin erməni deputatı Robert Beqlaryan deyib.
Onun sözlərinə görə, müharibədən sonra regional tarazlığın dəyişməsi və yeni çağırışların yaranması İrəvan və Tehranı əlaqələri, o cümlədən təhlükəsizlik sahəsində genişləndirməyə məcbur etdi:
"İran üçüncü qüvvələrin və oyunçuların regional məsələlərə qarışmasından çox ehtiyatlanır və bunu özü üçün çağırış hesab edir. Tehran regional məsələlərin regional qüvvələr tərəfindən həll edilməli olduğuna əmindir".