5 illik strateji plan hazırlayırıq - Agentlik sədri

Agentlik tərəfindən 5 illik dövrü əhatə edən strateji plan hazırlanır.

5 illik strateji plan hazırlayırıq - Agentlik sədri
Agentlik tərəfindən 5 illik dövrü əhatə edən strateji plan hazırlanır.

meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, hədəf sığorta çərçivəsində daha çox tibbi xidməti əhatə edərək, vətəndaşlara vaxtında, keyfiyyətli xidmətləri təqdim etməkdir.

"Əhalinin tibbi xidmətlərə olan ehtiyaclarının müəyyən olunması üçün mövcud situasiyanın analizi, xəstələnmə səviyyəsinin və buna uyğun tibbi xidmət tələbinin müəyyən olunması üzərində çalışılacaq. Az öncə də bildirdiyim kimi, Xidmətlər Zərfi ilə qarşılanan xidmətlərin sayını artırmaq, göstəriləcək xidmətlərin sosial-iqtisadi qiymətlərinin aparılması nəzərdə tutulub", - deyə o bildirib.