50 yaşlı supermodel “su pərisi” geyimində görənləri heyran etdi - FOTOlar

Supermodel və aktrisa Haydi Klum yanvarın 15-də "Emmi" mükafatlandırma mərasimindən sonra baş tutan ziyafətə qatılıb.

50 yaşlı supermodel “su pərisi” geyimində görənləri heyran etdi - FOTOlar
Supermodel və aktrisa Haydi Klum yanvarın 15-də "Emmi" mükafatlandırma mərasimindən sonra baş tutan ziyafətə qatılıb.

meqale.com oxuya istinadən bildirir ki, 50 yaşlı Haydi Klum tədbirə "su pərisi" geyimində gəlib. Supermodel möhtəşəm mavi rəngli uzun libasda fotoqraflara poza verib. Geyim məşhurun ​​incə bədən quruluşunu göstərib. Haydi Klum həmçinin paltarına uyğun sırğalar da taxıb.

Stilistlər ulduzun obrazını "Hollivud dalğası" adlandırılan saç düzümü ilə tamamlayıb, vizajistlər isə qəhvəyi gözlərinə diqqət çəkən mavi göz layneri ilə makiyaj ediblər.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun