53 nömrəli marşrutdan istifadə edənlərin NƏZƏRİNƏ

Bakıda 53 nömrəli marşrut xətti müsabiqəyə çıxarılacaq və avtobuslar yeniləri ilə əvəzlənəcək.

53 nömrəli marşrutdan istifadə edənlərin NƏZƏRİNƏ
Bakıda 53 nömrəli marşrut xətti müsabiqəyə çıxarılacaq və avtobuslar yeniləri ilə əvəzlənəcək.

meqale.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin martın 7-də qəzaya uğrayan marşrut avtobusu ilə bağlı yaydığı məlumatda qeyd olunub. 

Bildirilib ki, martın 7-də Neftçilər prospektində qəzaya uğrayan "Daewoo" markalı 10-TG-753 nömrəli avtobus "Fidan" MMC-yə məxsusdur: 

"İlkin araşdırmalara görə, hadisənin avtobusun texniki nasazlığı səbəbindən baş verdiyi məlum olub. Sərnişindaşıma xidmətinin texniki tələblərinə cavab verməyən avtobusları istismar edən daşıyıcıdan izahat alınıb".