57 TikTok işçisi xəstəxanaya yerləşdirildi

TikTok-un Çində yerləşən ana şirkəti "ByteDance"in Sinqapur ofisində böyük qida zəhərlənməsi qalmaqalı yaşanıb.

57 TikTok işçisi xəstəxanaya yerləşdirildi
TikTok-un Çində yerləşən ana şirkəti "ByteDance"in Sinqapur ofisində böyük qida zəhərlənməsi qalmaqalı yaşanıb.

meqale.com lente istinadən bildirir ki, çərşənbə axşamı baş verən hadisədə 60 nəfərin qastroenterit əlamətləri ilə xəstəxanaya yerləşdirildiyi və onlardan 57-sinin müalicə olunduğu bildirilir.

"ByteDance"in Sinqapurdakı ofisində baş verən qida zəhərlənməsi hadisəsində 60 işçidə qastroenterit əlamətləri müşahidə olunub. Həmin əməkdaşlardan 57 nəfəri xəstəxanaya yerləşdirilərək müalicə altına alınıb. Hadisə ilə bağlı hadisə yerinə 17 təcili tibbi yardım avtomobili göndərilib. "ByteDance", ofislərində yemək hazırlamaq üçün üçüncü tərəf qida xidməti təminatçılarından istifadə edildiyini bildirib. Şirkət rəsmiləri, bu vəziyyətin səbəbinin araşdırıldığını və zərərçəkmiş işçilərə dəstək verildiyini açıqlayıb.