ASELSAN yeni hava hücumundan müdafiə sistemini nümayiş etdirəcək

Türkiyənin ASELSAN şirkəti yeni GÖKSUR hava hücumundan müdafiə sistemini nümayiş etdirəcək.

ASELSAN yeni hava hücumundan müdafiə sistemini nümayiş etdirəcək
Türkiyənin ASELSAN şirkəti yeni GÖKSUR hava hücumundan müdafiə sistemini nümayiş etdirəcək.

meqale.com-ın TurkicWorld-a istinadən məlumatına görə, sistem gəmi əleyhinə raketlər, silahlı/pilotsuz uçuş aparatları, qanadlı raketlər, döyüş təyyarələri və helikopterlərə qarşı hava və raket müdafiəsini həyata keçirəcək.

Məlumata əsasən, GÖKSUR, TÜBİTAK-SAGE tərəfindən hazırlanan və dəniz platformalarının hava hücumundan müdafiə ehtiyaclarına uyğun olaraq yenilənən BOZDOĞAN raketindən istifadə edir.