6 dövlət lideri birgə İsrailə dəstək bəyanatı qəbul etdi

ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya, Kanada və Fransanın dövlət və hökumət başçıları İsrailə dəstəklə bağlı birgə bəyanat qəbul ediblər.

6 dövlət lideri birgə İsrailə dəstək bəyanatı qəbul etdi
ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya, Kanada və Fransanın dövlət və hökumət başçıları İsrailə dəstəklə bağlı birgə bəyanat qəbul ediblər.

meqale.com report-a istinadən xəbər verir ki, bəyanatda 6 dövlət İsraili dəstəkləməklə yanaşı, onun özünü terrordan qorumaq haqqının olduğunu da vurğulayıblar. Liderlər beynəlxalq humanitar qanunvericiliyə əməl, habelə dinc sakinlərin təhlükəsizliyini təmin etməyə çağırıblar. Bəyanatda iki girovun (HƏMAS-ın azad etdiyi ABŞ-nin iki vətəndaşı nəzərdə tutulur-red.) alqışlansa da, başqa girovların da təcili sərbəst buraxılması istənilib.

Liderlər Qəzza zolağına ilk humanitar yardım karvanının daxil olmasını da alqışlayıblar. Onlar Qəzza sakinlərinin qidaya, suya, sabit, təhlükəsiz tibbi yardım və digər humanitar ehtiyaclara çıxışını təmin etmək üçün bölgədəki tərəfdaşlarla koordinasiya etməyə söz veriblər.

Liderlər, həmçinin bölgədəki vətəndaşlarına, xüsusən də Qəzza zolağından çıxmaq istəyənlərə dəstəyi koordinasiya etmək barədə razılığa gəliblər. Münaqişənin genişlənməsinin qarşısını almaq, Yaxın Şərqdə sabitliyi qorumaq, siyasi həll və davamlı sülhə nail olmaq üçün regiondakı əsas tərəfdaşlar da daxil olmaqla sıx diplomatik əməkdaşlıq barədə də razılıq əldə olunub.